Brilliant Dadaşovanın oğlu evləndi

29 İyun 2012 11:36 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın rəhbəri olduğu ansamblda pianoçu kimi fəaliyyət göstərən Elman Əzimov oğlu Kənana təmtəraqlı toy çaldırıb.

Brilliant xanımın sənət dostları da toyda fəxri qonaq qismində çıxış ediblər.

Kənan özü də müğənnilik fəaliyyəti ilə məşğul olub. O bu sahəyə "Azəri Star" mahnı müsabiqəsində iştirakçı kimi gəlib. Evləndiyi xanımın adı Vüsalədir. Onların bəlli sevgi tarixçəsi var.

Türkan Nadirqızı

Movqe.Az