Yumurta yeyərək arıqlayın !

23 May 2014 12:26 (UTC+04:00)

Mövqe.az türk mediasına istinadən xəbər verir ki, dietoloq Səlahəddin Dönmezin məsləhətlərinə əsasən, yüksək xolesterol və kalori ehtiva düşüncəsiylə çox insanın uzaq dayandığı yumurta  əslində sağlamlığımız üçün çox əhəmiyyətli imiş. Əksər insanlar xolesterolu yüksələcəyi düşüncəsi ilə hər gün yumurta yemək istəmir. Bir çox insanlar isə yumurtanın allergiya təhlükəsindən qorxar. Hətta bəsləyici dəyəri olduğundan , bəzi insanlar düşünür ki, yumurtanın zəifləmək üçün uyğun deyil. Ekspert bu barədə belə deyir: 

" Bir dənəsi ən çox 80 kalori olan yumurtanı əsas götürən bir pəhriz tətbiq etsəniz , rahatlıqla həftədə 1.5 kilo verə bilərsiniz. Yumurta ; ağırlığının yüzdə 10-u qabığı , yüzdə 60ı ağı və yüzdə 30-u da sarısından ibarət , təbiətin bizə təqdim etdiyi möcüzəvi bir "təbii" heyvani zülal qaynağıdır. Qarğıdalı, arpa və yaşıl otlarla bəslənən toyuqların yumurtalarının sarısı tünd sarı , hazır yemlə bəslənənlərin isə daha açıq sarıdır.Yumurtaların sarısının rəng tonu nə olursa olsun , bəsləyici dəyərləri onsuzda eynidir. Yumurtanın qabığı , gizli bəsləyici xəzinəni bizlərə təqdim edən kalsium karbonatdan ibarətdi.Yumurta meydana gəldikdən sonra ,dik tutub qaranlıq bir otaqda işığa yaxınlaşdırdıqda, hava boşluğunu görə bilərsiniz. Yumurtanın təzə olub olmadığını , bu hava boşluğuna baxaraq anlaya bilərsiniz.Yumurta ortalama 60 qram qədər olub kalorisi də maksimum 80 kaloridir. Bir ədəd yumurta; 6 qram zülal və 5 qram qədər yağ ehtiva , az qala heç karbonhidrat təşkil etməz. Yumurtanın digər heyvani zülallardan ən əhəmiyyətli fərqi isə sindirilebilirlik səviyyəsi ən yüksək tək qida olmasıdır. Bu səbəblə yumurta zəifləmə diyetlərinin də əslində baş tacıdır. Sonda qeyd edim ki, gözəl , yaxşı saxlanmış , bişirmədən əvvəl yuyulmuş və qatı bişən yumurtanı yediyinizdə , sağlamlığa qatqısı yüksək səviyyədə olan formasını tutmuş olarsınız".