Həftəsonu Azərbaycanda isti hava şəraiti hökm sürəcək
23 May 2014 16:35 (UTC+04:00)
Həftəsonu Azərbaycanda isti hava şəraiti hökm
sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın
24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz
keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir
güclənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 24-29
dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 24-də hava
şəraitinin gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi,
lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli
yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi
əsəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 27-32,
dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı
proqnozlaşdırılır.