Bərbərlərə də Oskar mükafatı veriləcək

29 İyun 2012 12:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Oskar mükafatlarını paylayan Kino Sənətləri və Elmləri Akademiyası artıq bərbərlərə də mükafat veriləcəyini açıqlayıb. Mükafatlarla əlaqədar hər il müxtəlif dəyişikliklər edən akademiya ən yaxşı makiyaj mükafatının növbəti ildən etibarən "Ən Yaxşı Makiyaj və Saç Dizaynı Oskarı" olaraq paylanacağını söyləyib. Akademiyanın İdarə heyəti  "Ən Yaxşı Xarici Film və Ən Yaxşı Vizual Efekt" mükafatlarına dair bəzi texniki şərtləri də dəyişdirib. 85-ci Oskar Mükafat Mərasimi  24 fevral 2013-cü ildə  yeni adıyla "Dolby Theatre"də sahiblərini tapacaq.