Bakı-Krasnoyarsk-Bakı istiqamətində yeni aviareys açılır

23 May 2014 17:48 (UTC+04:00)

Yeni uçuşlar 4 iyul 2014-cü il tarixindən başlayacaq

"Azərbaycan Hava Yolları" QSC Bakı-Krasnoyarsk-Bakı istiqamətində yeni uçuşların yerinə yetirilməsinə başlayır.


Anspress-in AZAL-a istinadən verdiyi məlumata görə, yeni uçuşlar 4 iyul 2014-cü il tarixindən başlayacaq. 


Qeyd edək ki, Bakı-Krasnoyarsk istiqamətində uçuş saat 05.45-də, Krasnoyarskda eniş isə 13.45-də həyata keçiriləcək. Krasnoyarskdan Bakıya isə uçuş saat 15.45-də, Bakıda eniş isə saat 18.25-də olacaq. 


Uçuşlar müasir və komfortlu "Boeing" tipli hava gəmiləri ilə həyata keçiriləcək.