Yayda su iç ki, tarazlığın pozulmasın

29 İyun 2012 12:19 (UTC+04:00)

Movqe.Az bildirir ki, Yay aylarında bağırsaq infeksiyaları daha sıx olur. Türkiyənin Respublika Universitetinin Tibb Fakültəsindən Prof. Mehmet Bakir, vaxtında qarşısı alınmasa və maye itkisi aradan qaldırılmasa, xüsusilə uşaqlarda ölümə gətirib çıxaran xəstəliklə əlaqədar xəbərdarlıq edib. O bildirirb ki, "Yay ishalı olaraq bilinən bağırsaq infeksiyaları ürək bulanma, qusma və ishala səbəb olar və vaxtaşırı bu qızdırma ilə də özünü göstərər. İtirilən mayeylə bədənin tarazlığı pozular. İshal kəsici dərmanlar və antibiotiklər təsirli olmadığı kimi pis təsirləri də zərər verər. Bu xəstəliyin müalicəsi maye möhkəmlətməsidir. Su, ayran, təzə sıxılmış meyvə şirəsi ilə maye əksikliyi problemi aradan qaldırırla bilər."