Bakının yarısında qaz olmayacaq

23 May 2014 18:47 (UTC+04:00)

Azərbaycan Bakının bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Movqe.az-ın ARDNŞ-inə istinadən verdiyi məlumata görə, Bakının Nərimanov, Binəqədi, Sabunçu və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilələrin yaranmasına səbəb Olimpiya stadionunun tikinti sahəsinə düşən qaz kəmərlərinin və avadanlıqların köçürülməsi ilə əlaqədardır. Təbii qazın verilişində fasilələr 24 may 2014-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatdırılanadək davam edəcək