Malinin mədəni mirası hədə altında

29 İyun 2012 12:22 (UTC+04:00)

Movqe.Az  "Euronews"a istinadən bildirir ki, BM Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Dünya Mirası Siyahısında iştirak edən Malidəki Timbuktu şəhərini və şəhərdəki Askia Türbəsini "Təhlükə altında olan sahə" kimi elan etdiyini açıqlayıb. Qərarın, ölkənin şimalının üsyançı qrupların əlinə keçməsindən sonra Mali hökumətinin istəyi üzərinə alındığı bildirilib.