Türkiyə prezidenti ABŞ-a gedir
24 May 2014 10:14 (UTC+04:00)
Türkiyə prezidenti Abdullah Gül oğlu Mehmet Əmrə
Gülün oxuduğu Harvard universitetində diplomların təqdimetmə
mərasimində iştirak etmək ABŞ-a gedir.
Movqe.az Anspress-ə istinadən xəbər verir ki ,,
prezident mayın 28-də ABŞ-ın Boston şəhərinə yola
düşəcək.
Dövlət başçısının xanımı Xayrünnisə Gül və oğlu
Mehmet Əmrə Gül ilə birlikdə Harvard universitetinin diplomlarının
təqdimetmə mərasimində iştirak edəcəyi
gözlənilir.
Prezident Gül həmçinin Türkiyə və regionda
hadisələrin inkişafı barədə universitetin tələbələrinə mühazirə
oxuyacaq.
Türkiyə Prezidenti səfəri çərçivəsində ABŞ-ın
aparıcı şirkətlərinin rəhbərlərini qəbul edəcək və Bostondan olan
türk alimləri ilə görüş keçirəcək.
Abdullah Gül və ailəsi mayın 31-də Türkiyəyə
qayıdacaq.