“Facebook”da möhtəşəm dəyişiklik (FOTO)
24 May 2014 11:00 (UTC+04:00)
Dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook"
gizlilik nizamlarında yenidən dəyişikliyə gedir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
dünyanın ən böyük sosial şəbəkə saytı olaraq bilinən "Facebook"
istifadəçilərinin tez-tez şikayətləndiyi gizlilik nizamlarına
yenidən göz gəzdirməli olub.
İlk mərhələdə uzun müddətdir ki, "Facebook"a yeni
üzv olanlar hər hansı bir şey paylaşanda '"Public" ("Hamıya açıq")
formatında yayımlanırdı. Yəni nizamları özümüz dəyişməsək,
paylaşdıqlarımızı hamı görürdü. Xüsusilə, "Facebook"da yeni
qeydiyyatdan keçən üzvlərin parametrlərdən bixəbər olduğu üçün
"hamıya açıq" paylaşımlar etdiyini bilməməsinə görə "Facebook"a
irad tutulurdu.
Son dəyişikliklərə əsasən yeni üzvlərin
paylaşımları avtomatik olaraq "Friends" ("Dostlar") formatında
yayımlanır.
Gizlilik nizamlamalarındakı başqa bir dəyişiklik
isə istifadəçilərin məzmun paylaşarkən daha diqqətli olmalarını
təmin edir. Məsələn bir məzmun paylaşdıqda ekrana gələn xəbərdarlıq
pəncərəsi, sizə "bu paylaşımı kimlər görsün istəyirsiniz" sualını
yönəldir.
Bu xüsusiyyətin çox yaxında bütün istifadəçilərə
təqdim edilməsi gözlənilir.