Bakı-Qazax yolunda qəza

24 May 2014 11:26 (UTC+04:00)
Gecə saatlarında Tovuz rayonu ərazisində yol qəzası meydana gəlib.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 415-ci kilometrliyində, Tovuz rayonu ərazisində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili hasara çırpılaraq yol-qəza hadisəsi baş verib. 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil zərbədən deformasiyaya uğrayıb və 2 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb. 

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə sərnişinləri avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.