İnəklərin mədəsinə pəncərə taxdılar (FOTO)
24 May 2014 13:10 (UTC+04:00)
İsveçrədə heyvanlar üzərində araşdırma aparan
şirkətlərdən biri maraqlı təcrübə keçirib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
İsveçrədə araşdırma şirkətlərindən biri inəklərin mədələrindəki
qidaları necə və nə qədər həzm etdiklərini izləmək üçün onların
mədələrinə "pəncərə" açıb.
Təcrübə çərçivəsində araşdırmaçılar inəklərin yan
tərəfinə və mədəsinə dəlik açaraq, heyvanlara verilən fərqli
növlərdə yulafları necə həzm etməsini görmək üçün oraya bir kanal
yerləşdiriblər.
"Pəncərə" adı verilən dəliyin ağzı plastik qapaqla
bağlanılır. Açdıqla isə birbaşa mədənin içini görməklə yanaşı,
mədəyə əl salıb həzm edilən qidadan nümunə də götürmək
olar.
Təcrübə 14 inək üzərində həyata keçirilib. Şirkət
rəsmiləri heyvanların hər hansı bir zərər görmədiyini bildirsə də,
heyvan haqqları müdafiəçiləri bu addımı sərt şəkildə tənqid
edib.