Məşhur model mini ətəklə futbol oynadı (FOTO)

24 May 2014 13:05 (UTC+04:00)

Türkiyənin tanınmış model və aparıcısı Çağla Şikəl oğulları ilə birgə futbol oynayıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, atası azərbaycanlı olan, türkiyəli model Çağla Şikəl ötən gün alış-veriş mərkəzlərindən birindəki uşaq şəhərciyində gəzərək əyləniblər. Model övladlarının ürəyincə istirahət etməsi üçün əlindən gələni edib.

Uşaq şəhərciyində oyuncaq mağazasından oğullarına top alan Çağla sonra onlarla birlikdə futbol oynayıb.

Mini əlbisəsi ilə top qovan model oğulları Kuzey və Uzayla uşaqlıq illərinə geri dönüb. 

"Futbol bizim evdə də ən sevimli oyunumuzdur. Oğlan uşaqlar olduqdan sonra futbol oynamamaq mümkünsüzdür. Mən də artıq ustalaşmışam" - deyə, Çağla Şikel bildirib.

Qeyd edək ki, model Çağla Şikəl tanınmış müğənni Emre Altuğla evlidir.