Bakıda “Lexus” zibil maşınının altında qaldı
24 May 2014 14:00 (UTC+04:00)
Gecə Bakıda Heydər Əliyev prospektinin Nərimanov
rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi qeydə
alınıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 26 yaşlı
Həsənov Taleh Azad oğlu idarəetdiyi "Lexus" maraklı minik
avtomobili ilə üzü metronun Koroğlu stansiyası istimətində
hərəkətdə olub. Lakin onun ani diqqətsizliyi sonda avtomobilin
qarşısındakı məişət tullantılrının daşıyan "MAN" maraklı yük
maşınına çırpılması ilə nəticələnib.
Qəza zamanı xəsarət faktı da qeydə alınıb.
Hadisədə yaralanan minik avtomobilinin sürücü olub. Maşından
çıxarılan sürücü 1 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan
verilən məlumata görə, minik avtomobilinin sürücüsü hadisədən
yüngül sıyrıntılarla xilas ola bilib. Ona ambulator yardım
göstərilib.
Qəzadan sonra minik avtomobilinin mühərrik
hissəsində tüstülünmə müşahidə olunub. Buna görə də, qabaqlayıcı
tədbirlər kimi, əraziyə yanğınsöndürənlər də çağırılıb. Qəzanın
təfərrüatları Nərimanov rayon polis idarəsində araşdırılır. Yol
nəqliyyat hadisəsinin səbəbləri və hansı sürücünün günahkar
olduğunu isə avtotexniki ekspertizanın rəyi məyyən edəcək.