Yaponiya orbitə peyk buraxdı
24 May 2014 15:02 (UTC+04:00)
Yaponiya Yer kürəsini kosmosdan izləmək üçün
orbitə müşahidə peyki buraxıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
peyki daşıyan raket ölkənin cənubundakı Taneqasima Kosmik
Mərkəzindən buraxılıb. Yüksək-dəqiqlikli peyk təbii fəlakətlərin
monitorinqi üçün məlumatlar toplanması, xəritə hazırlanması və
təbii sərvətlərin tədqiq edilməsi məqsədilə istifadə
ediləcək.
Peyk həmçinin zəlzələ, vulkan fəallığı, daşqın və
torpaq sürüşmələri nəticəsində landşaftda baş verən dəyişiklikləri,
qütbdəki buzun əriməsini izləmək və skan etmək qabiliyyətinə
malikdir.
Müşahidə peyki yaxın aylar ərzində tam sınaqdan
keçirildikdən sonra 6 ay ərzində tam fəaliyyətə
başlayacaq.
Peyk Yaponiya Aerokosmik Agentliyi və "Mitsubishi
Electric Corporation" şirkəti tərəfindən birgə hazırlanıb.