Rusiya Ermənistanda baza qurur (FOTO)

24 May 2014 15:06 (UTC+04:00)
Rusiya Hərbi Hava Qüvvələrlərinin helikopter eskadrilyası Ermənistan aerodromunda yerləşə bilər. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan cümə günü Rusiya Federasiyası müdafiə naziri Serqey Şoyqu ilə danışıqlar aparıb. 

Rusiya ordu generalı Serqey Şoyqu görüşünün gedişatında həmkarına Ermənistanda Rusiya hərbi bazasının məntəqələrinin yerləşdirilməsi haqqında hökumətlərarası razılaşmanı imzalamağı təklif edib. Bu təklifə əsasən Ermənistan aerodromunda Rusiya Hərbi Hava Qüvvələrlərinin helikopter eskadrilyasının yerləşdirilməsi nəzərdə tutulur. 

Görüşdə tərəflər həmçinin mövcud vəziyyəti və ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib. Eyni zamanda Qafqaz regionunda bir sıra təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Danışıqlarda iki ölkənin müdafiə orqanları arasında əməkdaşlığın möhkəmlənməsində müsbət dinamikanın müşahidə edildiyi qeyd edilib.