Ledi Qaqadan Konçitaya maraqlı təklif
24 May 2014 16:17 (UTC+04:00)
Hər zaman qeyri-adi geyimləri və hərəkətləri ilə gündəmdə qalmağı
bacaran pop ifaçı Ledi Qaqa "Eurovision 2014" mahnı müsabiqəsinin
qalibi transseksual Konçita Vürstə maraqlı təklif edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, müsabiqənin rəsmi
saytında belə bir məlumat dərc edilib ki, Ledi Qaqa "saqqallı
qadın"ın menecerlərinə təklif göndərib.
Təklifdə qeyd olunub ki, Ledi "The ARTPOP Ball’" adlı turunda
Konçitanın da işyirak etməsini istəyir. K. Vürstün menecerləri
açıqlamalarında bildiriblər ki, Ledi Qaqa Avstiyalı müğənninin
səsinə heyran olub və onu bütün dünyaya göstərmək istəyir.
Belə ki, qalib olduğu gündən etibarən hər hərəkəti ilə medianın
gündəmində olan Konçita təklifi qəbul etsə sentyabr ayının 16-dan
etibarən İstanbuldan Ledi Qaqaya qatıla bilər.