Ər ədyalı özünə tərəf çəkən arvadını öldürmək istədi

24 May 2014 17:00 (UTC+04:00)
Keçən ilin 26 noyabrında avradına bıçaqla hücum edən britaniyalı Derek Miller dünən məkhkəmə qarşısında dayanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 76 yaşlı ər günahını ona qarşı irəli sürülən ittihamları boynuna alıb və törətdiyi əməli etiraf edib.

Britaniyalı cütlüyün münasibətlərində son damla qadının yuxuda ədyalı özünə tərəf çəkməsi olub. Onsuz da münasibətləri pis olduğundan hər şeydən bezən qəzəbli ər, arvadını elə mətbəxdə bıçaqlamaq istəyir. Xoşbəxtlikdən ölüm cəhdi baş tutmatyıb, qadın bədən xəsarətləri ilə canını qurtara bilib.

Miller məhkəmədə baş verənlərin tarixçəsini nəql edib. Hadisə baş verən ərəfədə artıq cütlüyün münasibətləri gərgin olub. Hadisəyə bir gün qalmış o, arvadı ilə barışmağa cəhd edib: gül alıb, yaxşı şam yeməyi hazırlayıb və sairə. Lakin növbəti gecə, Qalinanın adyalı özünə tərəf çəkməsi barışıq cəhdlərinin boşa çıxdığını göstərib.

Ayaqlarının donması təqaüdçünün səbr kasasını daşdırıb və geriyə yol olmadığını anlayıb. Səhər tezdən arvadını qaz plitəsinin yanında yaxalayır və onu öldürmək üçün bıçaqla üstünə düşür. Lakin qadın ərini itələyib qonşuya qaçmağa imkan tapıb.

Derek Miller özü polisləri çağırıb və səmimi qəlbdən etiraf edib.

Qeyd edək ki, məhkəmə Milleri yalnız bədən xəsarətləri yetirdiyinə görə ittiham edib və ölümə cəhd ittihamını onun üzərindən tam götürüb.