ABŞ 21 hərbi bazasını ləğv edir

24 May 2014 19:14 (UTC+04:00)
Pentaqon Avropadakı 21 hərbi bazasından çıxaraq onları yerləşdikləri ölkələrin idarəetməsinə verəcək.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda The Washington Times xəbər verib.

Pentaqonun sözçüsü kontr-admiral Con Kirbi bununla illik Amerika büdcəsinə 60 milyon dollar qənaet edəcəyini bildirib.

"Bu tədbir ABŞ-ın mövcud olan hərbi struktur və hərbi imkanlarına elə bir təsir göstərməyəcək", - deyə Con Kirbi bildirib.