Azərbaycanda 3 fəhlə hündürlükdən yıxılıb öldü

24 May 2014 21:00 (UTC+04:00)
Azərbaycanda üç fəhlə hündürlükdən yıxılaraq ölüb. Movqe.az xəbər verir ki , Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisəlrədən biri abşeronda, ikisi isə Bakıda qeydə alınıb. 

Abşeron rayonu Məhəmmədli kəndinin ərazisindəki "Süd" sexində Bakı şəhər sakini Orxan Abbasov təmir işləri apararkən hündürlükdən yıxılıb. Yasamal rayonu Z.Xəlilov küçəsində Oğuz rayon sakini Elşən Atakişiyev təmir işləri apardığı binanın 2-ci mərtəbəsindən yıxılıb. 

Xətai rayonu M.Hadi küçəsində Ucar rayon sakini Elşad Kərimov təmir işləri apardığı binanın 7-ci mərtəbəsindən düşüb. Hər 3 fəhlə aldıqları xəsarətlərdən ölüblər.