Ölən fəhlə ilə bağlı cinayət işi açıldı

24 May 2014 21:05 (UTC+04:00)
Bakı şəhər prokurorluğu Bakının Xətai rayonunda fəhlənin çoxmərtəbəli binadan yıxılaraq ölməsi ilə bağlı məlumat yayıb.

Movqe.az xəbər verir ki ,Bakı şəhər prokurorluğundan verilən məlumata görə, mayın 23-də saat 18:00 radələrində 1980-cı il təvəllüdlü, Ucar rayon sakini Kərimov Elşad Hacıağa oğlu "Sərhədçi" Mənzil Tikinti Kooperativi tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində işləyərkən yıxılıb. O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.