Ronaldinyo villasını kirayəyə verir

24 May 2014 21:05 (UTC+04:00)
Braziliyalı ulduz oyunçu Ronaldinyo Dünya Kubokunu canlı izləmək istəyənlər üçün villasını kirayə verəcək.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, futbolçu Rio-de-Janeyro şəhərindəki villasını gündəlik 16 min 715 dollardan icarəyə verəcək.

Beynəlxalq mülk icarə saytına elan verən Ronaldinyo ölkəsində keçiriləcək FIFA Dünya Kubokunu izləməyə gələcək futbolsevərlərin faydalanması məqsədiylə villasını qısa müddətə kirayəşinlərə təklif edəcək.

Xüsusi vəsaitlər istifadə edilərək 1 hektar ərazidə inşa edilən villada 5 otaq , 6 hamam, üzmə hovuzu, jakuzi, sauna, kino klubu, masaj və yoqa salonu, şərab zirzəmisi və mini bar kimi bir çox istirahət yerləri var.

Futbolçunun lüks villası Dünya Kubokunda əhəmiyyətli matçlara ev sahibliyi edəcək Marakana stadionunun yaxınlında yerləşir.