Zəlzələdən 23 min adam xəsarət aldı

24 May 2014 22:02 (UTC+04:00)
Bu gün səhər Çinin cənubunda yertləşən Yunnan əyalətinin İnçzyan qəzasında 5,6 bal gücündə zəlzələ baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 23 mindən artıq insan zərər çəkib. 

8500 minə yaxın insan isə hadisə yerindən təxliyyə edilib. Müxtəlif bədən xəsarətləri alan 12 nəfər xəstəxanalara yerləşdirilib.

Yeraltı təkanlar nəticəsində 9 mindən artıq binaya ziyan dəyib, avtomobil yolları və elektrik şəbəkələri sıradan çıxıb.