Ukrayna xalqı liderini seçəcək
25 May 2014 10:38 (UTC+04:00)
Bu gün Ukraynada növbədənkənar prezident seçkiləri
keçiriləcək.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
ölkənin baş naziri Arseniy Yatsenyuk ötən gün çıxışında bildirib
ki, Ukraynada mütləq qanuni yolla seçilmiş prezident olacaq və o,
ilk səfərini Avropa Birliyinin paytaxtına edərək, nəhayət AB ilə
azad ticarət zonası haqqında müqaviləni
imzalayacaq.
Ukrayna prezidenti postu uğurunda 21 nəfər
mübarizə aparır. Ukraynanın daxili işlər naziri Arsen Avakov
bildirib ki, ölkənin mərkəzi seçki komissiyasında olan səsləri
sayma proqramına hakerlər hüçum ediblər və onu sındırıblar. Onun
sözlərinə görə proqramı yenidən işə salmaq vaxt aparcağı üçün
səslər əl ilə hesablanacaq. Nazir qeyd edib ki, belə olduğu
təqdirdə səslər daha etibarlı hesablanacaq.
Ukrayna MSK-nın məlumatına görə, seçicilərin sayı
təxminən 35,5 mln təşkil edir, onlar ölkə üzrə 33,6 min seçki
məntəqəsində səsvermə hüququndan yararlana
biləcəklər.
Seçkilər zamanı asayişi 65 min milis işçisi, 15
min FHN əməkdaşı və 17 min könüllü, Milli Qvardiya əsgərləri və
hərbi məktəblərin kursantları qoruyacaq.
Qeyd edək ki, seçkiləri ümumilikdə 3607 müşahidəçi
izləyəcək.