Ukraynada hücum: 2 ölü, 4 yaralı

25 May 2014 10:51 (UTC+04:00)
Slavyansk yaxınlığında rusiyameyilli qüvvələr Ukrayna blokpostuna hücum ediblər. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hüçum zamanı iki hərbçi həlak olub. 

Bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk məlumat yayıb.

Məlumatda deyilir: "Döyüşçülər tərəfindən hücum zamanı silahdan, mina və qumbara atanlardan istifadə olunurdu. Hücumun qarşısı alınıb. 
Hücum zamanı Ukrayna hərbçilərindən 2 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Terrorçuların nə qədər itki verməsi barəsinə məlumat yoxdur".