Bakının mərkəzində “Avropa”
25 May 2014 11:36 (UTC+04:00)
Mayın 31-də İçərişəhərdə - Qoşa qala qapısı
meydanında Avropa şəhərciyi (Eurovillage-2014) təşkil
ediləcək.
Movqe.az Azərtac-a istinadən xəbər verir ki ,
Tədbir Avropa İttifaqı və bu quruma üzv olan ölkələrin
Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə
keçiriləcək.
Birgünlük tədbirdə Avropa İttifaqına üzv olan bir
sıra ölkələrin çadırları qurulacaq. Şəhər sakinləri və xarici
qonaqlar həmin çadırlara yaxınlaşaraq müxtəlif ölkələrin
mədəniyyətləri, tarixləri və milli xüsusiyyətləri barədə əyləncəli
və maraqlı şəkildə məlumat alacaqlar.
Bundan əlavə, tədbirdə qonaqlar üçün geniş mövzulu
viktorinaların, xor kollektivləri və müxtəlif janrlarda ifaçıların
çıxışlarının və furşetlərin təşkil olunması
planlaşdırılıb.
Tədbirin sonunda isə Niderland, Xorvatiya,
Estoniyadan olan musiqiçilərin konserti təqdim
olunacaq.
Həmin gün şəhərimizin sakinləri və qonaqlar
İçərişəhərdəki Avropa şəhərciyini gəzərkən özlərini virtual olaraq
Avropada hiss edəcəklər.