“Google Chrome”un “iPhone” and “iPad” versiyaları

29 İyun 2012 13:36 (UTC+04:00)

Movqe.Az bildirir ki, , "Google" iPad və iPhone üçün Chrome veb brauzer yaratmaqla yanaşı sənəd söz prossesoru (Doc word processor) üçün də oflayn redaktə əlavə edib. İstifadəçilər artıq öz veb brauzerlərini dəyişdirə bilməyəcəklər. "Free download" artıq iOS 4.3 üzərində fəaliyyət göstərəcək. Hazırda Opera rəqib veb brauzer üçün Opera Mini adlanan iOS (əvvəlki adıyla  iPhone OS) mobil əlaqə sistemini təqdim edir. Google San Fransiskoda təşkil olunmuş bir konfransda 130 milyondan çox istifadəçisinin olduğunu açıqlayıb. Yalnız 2 ay öncə bu istifadəçilərin sayı 70 milyon olub. Google həmçinin iPhone ve iPad üçün Google Apps hazırladığını bildirib.  Google Apps təşkilatlara aid xüsusu bir google xidmətidir. Bu xidmət sayəsində təşkilatlar öz domenlərini qeydiyyatdan keçirməklə Google xidmətlərini öz istifadəçiləri üçün xüsusiləşdirə bilərlər. Xatırladaq ki, daha əvvəl Android və Chrome OS ilə məhdudlaşırdı. Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır.