Google Glass başağrısı yaradır
25 May 2014 16:04 (UTC+04:00)
Google şirkəti istifadəçiləri xəbərdar edib ki,
smart-eynəkdən uzunmüddətli istifadə başağrısı yarada bilər.
Movqe.az Anspress-ə istinadən xəbər verir ki , şirkət, həmçinin
xəbərdarlıq edib ki, eynək vasitəsilə mətnlərin oxunması bir qədər
gözün uyğunlaşmasını tələb edir və buna görə ilk öncə xoşagəlməz
hisslərə səbəb ola bilər. Google rəsmisi deyib ki, Glass böyük
həcmli mətnlərin oxunması üçün məhsul kimi
düşünülməyib.
Smart-eynəkdən istifadədən sonra başağrısı və
gözlərlə bağlı problemə görə bir sıra istifadəçilərin şikayətindən
sonra şirkət tərəfindən müvafiq izahat verilib.
Şirkətin nümayəndəsi deyib ki, bu problemlər
istənilən eynək üçün tipik haldır. Kimsə yeni eynək satın alaraq
ondan ilk dəfə istifadə etdikdə həmişə ona uyğunlaşmaq lazım gəlir.
Glass smart eynəyi ilə eyni cürdür – şirkətdən bildirilib.