Astarada yük maşını çaya aşdı, sürücü öldü
25 May 2014 17:00 (UTC+04:00)
Astara rayonunda yük maşını çaya
aşıb.
Movqe.az xəbər verir ki , Astara rayon yol
polisindən verilən məlumatan görə, hadisə ötən gecə rayonun Hamoşam
kəndinin ərazisisində qeydə alınıb.
"QAZ-66" tipli yük avtomobili qəfildən çaya aşıb.
Hadisə nəticəsində yük avtomobilinin sürücüsü Rəşidov Malik Calal
oğlu hadisə yerindəcə dünasını dəyişib.
Avtomobildə olan Əlizadə Anar Vaqif oğlu isə qəza
zamanı ağır bədən xəsarətləri alıb və xəstəxanaya
yerləşdirilib.
Yük avtomobilinin həddindən artıq otla yüklənməsi
qəzanın baş verməsinə səbəb kimi göstərilir.
Hadisə ilə Astara Rayon Prokurorluğunda cinayət
işi açılıb, araşdırma aparılır.