Gülənin yeni ünvanı bəlli oldu

25 May 2014 17:04 (UTC+04:00)
Gülən camaatının lideri Fətullah Gülənin yeni ünvanı üzə çıxıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Gülən camaatı Afrikada yerləşən Efiopiya dövlətində "Türkiyə Olimpiyadaları" adlı yarış keçirəcəklər. Gülən camatının üzvləri tərəfindən Efiopiya prezidenti Mulatu Teşomeni də yarışın açılış mərasiminə dəvət edilib.

Mərasimlərdə iştirak etmək üçün 150-ə yaxın iş adamının Efiopiyaya gələcəyi nəzərdə tutulub. Mərasimlərdə iştirak edəcək şəxslərə hədiyyələrin verilməsi üçün Gülən cammaatının 2 milyon dollar dəyərində pul xərclədikləri bildirilir.

Dil və Mədəniyyət festivalı adı ilə keçiləcək olan yarışlarda Türkiyə hökumətinin ünvanına mesajların da göndəriləyi yayılan məlumatlar sırasında yer alıb.