Di Kaprioya niyə "Oskar" vermirlər? (FOTO)
25 May 2014 17:09 (UTC+04:00)
Leonardo Di Kaprio heç vaxt böyük planlar
qurmayıb. Lakin artıq vaxtı çatdığı üçün ona "Oskar" vermək lazım
olduğunu da düşünmür. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki
, Leo artıq 4-cü dəfə nüfuzlu mükafata nominant olsa da, bu il də
şans üzünə gülmədi. Son müsahibələrindən birində Di Kaprio nə
vaxtsa "Oskar" alacağına inandığını bildirib.
"Etiraf edim ki, aktyor həmkarlarımın mükafat
təqdim etməsi xoş deyil. Bəlkə nə vaxtsa bu, mənim də başıma
gələcək. "Uoll-strit canavarı"na görə "Oskar" almağı çox istərdim.
Çünki bu film üçün çox əziyyət çəkmişəm. Karyeram boyu 2 belə işim
olub: "Aviator" və "Uoll-strit canavarı". "Aviator"u çəkmək üçün
həyatımın 8, ikinciyə görə isə 5 ili gedib. Ancaq "Oskar"a nominant
olmaq mənim üçün böyük şərəfdir" - deyə, Di Kaprio
deyib.
İlk dəfə Leonun "Oskar" namizədliyi 20 il öncə
"Qilbert Qreypin kabusları" filmində oynadığı yeniyetmə roluna görə
irəli sürülüb. O zaman aktyorun 19 yaşı var idi. Daha sonra
hadisələrin axarı dəyişdi. Bir neçə il ərzində Di Kaprio müasir
dövrün Romeosuna, başqa sözlə, kinoakademiklərin sevmədiyi tipaja
çevrildi.
"Titanik" filmindən sonra Leo az qala bütün
dünyada məşhurlaşdı. Son 20 ildə isə aktyorun çəkildiyi 7 film ən
yaxşı film nominasiyasında olub. "Uoll-strit canavarı", "Aviotor",
"Nyu-York bandaları", "Canqo", "Başlanğıc", "Dönüklər", "Titanik"
filmləri Leonu baş rolda sevərək izlədiyimiz ekran
işləridir.
İndiyə qədər də məlum olmayan səbəblərdən
kinoakademiklər yaraşıqlı aktyorlara qarşı sanki aqressiya nümayiş
etdirirlər. Düzdür, eyni şeyi Hollivud gözəlçələri haqqında demək
olmaz. Ancelina Coli, Şarliz Teron və Natali Portman kimi divalar
mükafat aldıqları halda, Leonarda Di Kaprio, Bred Pitt və Conni
Depp kimi aktyorlar "Oskar"sız qalıblar.
Builki "Oskar" gecəsinə anası İrmelin
İndenbirkenlə qatılan Leo məyus olsa da, bu dəfə də hisslərini
gizlətməyi yaxşı bacardı. Axı o, aktyorluğu hamıdan yaxşı
bacarır.
![](http://s018.radikal.ru/i515/1405/99/eba51b785f09.jpg)