Ermənistan boşalır

25 May 2014 19:07 (UTC+04:00)
Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan " Ermənistan xəbərləri " jurnalının 25 may tarixli nömrəsində Ermənistan əhalisinin ölkəni tərk etmələri barədə məqalə yer alıb.

Movqe.az Azərtac-a istinadən xəbər verir ki , Ermənistan dövlət statistika idarəsinin məlumatına istinad edilən məqalədə qeyd olunur ki, ölkə əhalisinin sayı cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 min nəfər azalıb.

Ermənistan rəsmlərinin səylərinə və verdikləri boş vədlərə baxmayaraq ölkəni tərk edənlərin sayı durmadan artır. 2014-cü ilin birinci rübündə 479219 erməni ölkəyə daxil olduğu halda, 511053 nəfər Ermənistanı tərk edib.

Ermənistanı tərk edənlər ölkədə iqtisadi vəziyyətin getdikcə ağırlaşdığını, korrupsiyanın tüğyan etdiyni, işsizlik probleminin həll olunmadığını, sosial şəraitin olduqca pis, ərzaq mallarının qiymətinin isə bahalaşdığını bildiriblər.