Kürdəmirdə təcili tibbi yadım maşınında soyuducu (FOTO)
25 May 2014 20:00 (UTC+04:00)
Azərbaycanda təcili tibbi yadım maşınlarının
fəaliyyətini əks etdirən yeni foto yayılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
sosial şəbəkələrdə yayılan fotoda təcili tibbi yardım maşınında
xəstə deyil, soyducu daşındığı əks olunub. Fotonun Kürdəmir
rayonunda fəaliyyət göstərən təcilli tibbi yardım maşınlarına aid
olduğu bildirilir.
Səhhətində müəyyən problemləri olan insanları
xəstəxanalara daşımaq üçün istifadə olunan təcili tibbi yardım
maşınında məişət avadanlığının daşınması sosial şəbəkə
istifadəçilərinin narazılığına səbəb olub.