Azərbaycan idmançılarının mükafatları artırıldı
25 May 2014 22:17 (UTC+04:00)
"Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan
idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok
yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan
Respublikasının idmançıları və onların məşqçilərinin
mükafatlandırılması haqqında" qanuna dəyişiklik edilib. Bu barədə
"Azərbaycan" qəzetinin rəsmi saytı yazıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
qərarda göstərilir ki, adından "Olimpiya" Oyunları" ifadəsi
çıxarılıb. Dəyişiklikdən sonra mükafatlandırılacaqlar siyahısına
Dünya və Avropa çempionatları, fərdi hesabda Dünya və Avropa
kuboklarının final yarışlarında yüksək nəticələr göstərən
Azərbaycan idmançıları və onların məşqçiləri də daxil
edilib.
Eyni zamanda ümumi hesabda Dünya və Avropa
kuboklarının final yarışlarında yüksək nəticələr göstərən
Azərbaycan idmançıları və onların məşqçiləri də
mükafatlandırılacaqlar.
Qərara əsasən mükafatların məbləğləri də
artırılıb.
Dəyişikliyə əsasən, siyahıya əlavə edilən Dünya
Çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi 15000
manat və 7500 manat, ikinci yer 10000 manat və 5000 manat, üçüncü
yer 6000 manat və 3000 manatla
mükafatlandırılacaq.
Avropa Çempionatında birinci yeri tutmuş idmançı
və onun məşqçisi 10000 manat və 5000 manat, ikinci yer üzrə 6000
manat və 3000 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manatla
mükafatlandırılacaq.
Ümumi hesabda Dünya Kubokunun finalında birinci
yeri tutmuş komandanın idmançıları və komandanın məşqçilərinin
mükafat məbləği 20000 manat və 10000 manat, ikinci yer 15000 manat
və 7500 manat, üçüncü yer 10000 manat və 5000 manat
olacaq.
Avropa Kubokunun finalında birinci yeri tutmuş
komandanın idmançıları və komandanın məşqçiləri 15000 manat və 7500
manat, ikinci yer 10000 manat və 5000 manat, üçüncü yer 8000 manat
və 4000 manat məbləğində mükafatlandırılacaqlar.