Eks prezident öldü
25 May 2014 23:00 (UTC+04:00)
Polşanın keçmiş prezidenti, general Voyçex
Yaruzelski uzun sürən ağır xəstəlikdən sonra Varşavada vəfat
edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
prezidentin iyulun 6-da 91 yaşı tamam
olacaqdı.
İki həftə əvvəl insult keçirən Yaruzelski Varşava
hərbi-tibb hospitalının neyroloji bölməsində mualicə
alırdı.
Polşanın keçmiş prezidenti, həmçinin limfomodan
əzab çəkib və son illər bu üzdən daim xəstəxanaya
düşüb.