Bakıda avtomobil parçalandı

26 May 2014 00:09 (UTC+04:00)
Bu gün Bakının Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, "VAZ 21 011" və "Mercedes" markalı avtomobillər toqquşub. 


Qəza nəticəsində ölən və yaralı haqda məlumat yoxdur. Lakin zərbənin gücündən maşınlar tanınmaz hala düşüblər. 

Hadisə prospektin üzü şəhərin mərkəzinə gedən istiqamətdə Ramana yolu adlanan ərazidə, Komsomol dairəsinə yaxın yerdə baş verib.

Hadisə yerindən fotoları təqdim edirik.