İmtahanla bağlı Apellyasiya Komissiyası yaradıldı

26 May 2014 11:33 (UTC+04:00)

Mayın 25-də keçirilmiş magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmiş bakalavrların imtahanın məzmunu ilə bağlı müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, Apellyasiya Komissiyası 26 və 27 may tarixlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Bu müddət ərzində bakalavrların imtahanın məzmunu ilə bağlı bütün müraciətlərinə baxılacaq.