Kişi dostu Vəfaya bahalı zinət əşyası hədiyyə etdi - FOTOLAR - ÖZƏL

26 May 2014 12:43 (UTC+04:00)

Əməkdar artist Vəfa Zeynalovaya zinət əşyası hədiyyə olunub. Mövqe.az xəbər verir ki, aktrisaya bu hədiyyəni neçə illik fanatı və dostu Seymur Seyidov edib. Aktrisa hədiyyənin fotosunu sosial şəbəkədə paylaşıb və dostuna belə təşəkkür edib: "Yenə Seymur məni təəccübləndirməyi bacardı. Hədiyyə üçün sənə bir daha təşəkkür edirəm. Bu çox qeyri-adi sürpriz oldu. Mənim üçün etdiyiniz hər bir şeyi çox yüksək dəyərləndirirəm".


Seymur Seyidov isə Mövqe.az-ın əməkdaşı ilə söhbəti zamanı Vəfa Zeynalovanı çox sevdiyini bildirib: "Vəfa xanımla artıq bir ildir ki, dostluq edirəm. Neçə illərdi fanatıyam. Bu hədiyyəni də Vəfa xanıma verəndə, az qala məni öldürəcəkdi".


"Sirr deyilsə hədiyyənin qiymətini də açıqlayardınız" sualına isə S. Seyidov belə cavab verib: "Hədiyyəni zərgar dostlarım düzəldib. Cəmi 310 manat xərcim çıxıb".

Movqe.az sizə hədiyyənin şəklini təqdim edir:





























Movqe.az sizə Vəfa Zeynalova və Seymur Seyidovun fotosunu təqdim edir: