470 tələbə təhsil haqqından azad edilib

26 May 2014 13:19 (UTC+04:00)

Bu tədris ilində Azərbaycanda 470 nəfər tələbə təhsil haqqından azad edilib. Movqe.az Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, 2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir. Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Qeyd edək ki, Azərbaycan qanunvericliyinə edilən dəyişikliklərə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər. Yeni dəyişiklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.