“Son zəng” xəbərdarlığı
26 May 2014 14:20 (UTC+04:00)
"Son zəng" günü Bakının bütün orta məktəbləri
polis nəzarətində olacaq.
Movqe.Az-ın məlumatına görə, bu barədə APA-ya
açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini,
polis general-mayoru Səhlab Bağırov məlumat verib.
S. Bağırov bildirib ki, son zənglə əlaqədar mayın
30-31-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində
çalışacaq.
Paytaxtda fəaliyyət göstərən bütün məktəblər
polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi
ərazilərdə polis naryadlarının sayı artırılacaq və "Son zəng"lə
bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə
imkan verilməyəcək.
S. Bağırov "Son zəng" günü paytaxtda təhlükəsizlik
tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin
tam təmin ediləcəyini bəyan edib.