Sumqayıtda evdə partlayış olub, ana və oğlu xəsarət alıb

26 May 2014 14:29 (UTC+04:00)

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 25-də Sumqayıt şəhəri "Qurd dərəsi" adlandırılan ərazidə qeydə alınıb. Orada yaşayanlar - Mahizər Abdurəhmanova və oğlu Murad evindən "Ariston" su qızdırıcısının partlaması nəticəsində yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər.