Leonardo Da Vinçinin avtoportreti restovrasiya oluna bilər

29 İyun 2012 15:21 (UTC+04:00)
Movqe.Az  xəbər verir ki, dahi rəssam Leonardo Da Vinçinin avtoportretində xırda nöqtələr və ləkələr əmələ gəlib. 1500-cü ildə tamamlanan şəkilin korlanmasını ekspertlər oksidləşmə və yaxud kağızda olan göbələklərlə əlaqələndirir. Hələ restovrasiya haqqında qərar qəbul olunmayıb. Bəziləri restovrasiya nəticəsində şəkilin zədə görməsindən qorxur.