İki dekan işdən çıxarıldı
26 May 2014 15:47 (UTC+04:00)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində (ADMİU) kadr islahatları
aparılıb. ADMİU sabiq dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru Elmira Alxasova APA-ya
açıqlamasında deyib ki, Fərəh Əliyeva yeni rektor təyin olunandan
sonra ali məktəbdə islahatlara başlayıb. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin "Kulturologiya" fakültəsini
dekanı Abdin Əlizadə və "Sənətşünaslıq" fakültəsinin dekanı Vəfa
Əliyev işdən çıxarılıb. Onlar vəzifədən çıxarılsalar da, ali
məktəbdə müəllim olaraq fəaliyyətlərini davam etdirəcəklər.
Xəbəri Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetindən də təsdiqləyiblər.
Bildirilib ki, dekanlar öz ərizələri ilə vəzifədən
çıxarılıblar. Amma müəllim kimi müvafiq kafedralarda
fəaliyyətlərini davam edəcəklər. Qeyd
olunub ki, yeni rektor ali məktəbdə şəffaflığın təmin olunması,
neqativ halların qarşısının alınması istiqamətində də müvafiq işlər
aparılır. Tələbələr üçün xüsusi qəbul günləri ayrılıb və mütəmadi
görüşlər keçirilir. Universitetdə tələbələrin biliyinin
qiymətləndirilməsi zamanı şəffaflıq və istedad əsas meyar
olacaq.