Körpəsi futbolçu atanın qərarını dəyişdirdi

26 May 2014 16:49 (UTC+04:00)

"İstanbul Böyükşəhər Bələdiyəspor"dan "Fənərbağça" klubuna transfer olunan Samuel Holmen qərarını dəyişdi.


Mövqe.az fanatik.com-a istinadən xəbər verir ki, İsveçrəli futbolçu kluba gəldi vaxtdan, matçlarda oyuna az-az buraxılmasından şikayətlənərək, mövsüm ərzində klubdan tez-tez "ayrılmaq istəyirəm" ifadələrini işlədirdi.


Lakin futbolçunun yeni körpəsi dünyaya gəlincə, qərarı da dəyişdi:


Samuel, "Bu kluba oynamaq üçün gəldim. Lakin geridə buraxdığımız mövsüm ərzində, klub matçlarında çıxışlarım olduqca az oldu və bu baxımdan yetərincə oyun sərgiləyə bilmirdim. Və bu məndə bir qədər oyun baxımından, həvəs düşkünlüyü yaradırdı. Məndə bunun üçün klubdan ayrılmağ qərarına gəlmişdim. Ancaq yeni körpəmizin dünyaya gəlməsi, mənim qərarımı dəyişməyimə səbəb oldu. Bu körpənin mənə və ailəmə uğur gətirəcəyinə inanıram və "Fənərbağça"da qalmaq istəyirəm" dediyini bildirib.


Qeyd edək ki, "Fənərbağça" klubu Holmelə 2013-cü ilin iyununda imzaladığı şərti müqavilə əsasında razılığa gəlmişdi.