Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

26 May 2014 17:26 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyəti 28 May - Respublika Günü münasibətilə paytaxtda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil edəcək. Movqe.az xəbər verir ki, İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, mayın 28-də Dənizkənarı Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert saat 21:00-da başlayacaq və 23:00-da möhtəşəm atəşfəşanlıq olacaq. Şəhər İcra Hakimiyyəti bütün Bakı sakinlərini və şəhərin qonaqlarını bayram konsertinə dəvət edir.