Ançelotti oxudu

26 May 2014 18:57 (UTC+04:00)

"Kral" klubunun baş məşqçisi Karlo Ançelotti bu dəfə mahnı oxuması ilə diqqət mərkəzinə düşüb.


Movqe.az İspan mətbuatına istinadən xəbər verir ki, İtaliyalı futbol mütəxəssisi, "Kuboku qazansaq mahnı oxuyacağam" vədinə sadiq qalaraq,Madrid təmsilçisinin ötən gün ÇL-nı qazanması ilə bağlı "Santyaqo Bernabeu" stadionunda keçirilən möhtəşəm tədbirdə mahnı oxuyaraq hər kəsi heyran edib.


Ançelotti ilk əvvəl "Oxuya bilmərəm, səsim pisdir" deməsinə baxmayaraq, futbolçularının, "Sən Pavarottinin yetişdirdiyi ölkənin övladısan, çıx səhnəyə al mikrofonu oxu" sözlərindən sonra təsirlənərək oxuduğu bildirilir. 


İtaliyan məşqçinin səsi gözəl olmasada, söylədiyi "Real Madrid" mahnısı bütün İspaniya televiziya və radiolarında ən çox dilnənən mahnı parçası olub.


Qey edək ki, "Kral" klubu ötən gün keçirilən ÇL-nın final matçında "Atletiko" komandasına əlavə vaxtlarda (90 +3, +111,+117,+119) 4:1 hesabı ilə məğlub edərək, tarixində 10-cu çempionluğunu rəsmiləşdirdi.