Dərini yeniləyən qidalar

26 May 2014 22:23 (UTC+04:00)

Yay boyunca günəşdən, dənizdən, xlorlu hovuz sularından köhnələn dəri, xüsusi qulluğa ehtiyac duyur. Bu baxımdan dəriyə qulluq üçün lazımi prosedurlara əməl etmək vacibdir. Ələvə olaraq qəbul etdiyimiz qidalar da əhəmiyyətlidir.

Məlumata görə tərkibi antioksidantla zəngin olan qidalar dərini yeniləyərək cavan saxlamağa kömək edir. Həmin qidalara aşağıdakılar aid edilir:

A vitamini: Qaraciyər, yağ, süd, pendir, yumurta sarısı;

E Vitamini: Bitki mənşəli yağlar;

C Vitamini: Cəfəri, çiyələk, limon, pomidor, semizotu;

Karotinoid: Beta karotinlə zəngin olan qidalar, ispanaq, kahı, kələm, brokoli, qovun, şaftalı, kök, ərik;

Lutein: Yaşıl yarpaqlı tərəvəzlər, yumurta sarısı, heyvani yağlar; 

Likopein: Pomidor, qarpız, qırmızı qreypfrut; 

Kuersetin: Alma, üzüm, limon, pomidor, soğan, kahı, brokoli, karalahana, pambıq toxumu, çay, qırmızı şərab kimi içkilər, ginko biloba, zeytun yağı, propolis; 

Omega-3: Çoxlu doymamış yağ turşusu: Balıq yağı; 

Resveratrol: Üzüm qabığı, yer fındığı, qırmızı şərab, tut;

Çay polifenol: Yaşıl çay;

Xüsusən payız fəslində yetişən bəzi meyvə və tərəvəzlər faydalıdır. Çünki, onların tərkibində vitamin və minerallar daha çoxdur. 

A, C, E vitaminləri təzə kökdə, ərik və pomidorda olduğundan günəşin dəriyə verdiyi zərərlərə qarşı effektlidir. Daha çox pomidorda bol miqdarda beta karotin olduğu bildirilir. Həmçinin dəriyə mineral məzmunu yüksək olan toniklər və yüksək su məzmunu olan nəmləndiricilər tətbiq olunmalıdır. Dəridəki nəm nisbəti xüsusilə mövsümi keçişlərdə çox əhəmiyyətlidir. Çünki yay aylarında dərimiz UB şüalardan təsirlənər və payız gəlincə qaralmış, qurumuş və qırışmış olur.

Havaların gedərək soyuması dərinin tərkibində olan su miqdarına təsir etdiyindən dəriyə qulluq vasitələrindən düzgün istifadə etmək lazımdır.