Türk təyyarəsində bomba həyəcanı

27 May 2014 10:53 (UTC+04:00)

Stüardessaya hücum edən şəxs təyyarəni havaya uçuracağını bildirib

Türkiyə avia-şirkətlərindən birinə məxsus təyyarədə bombalı hücum həyəcanı yaşanıb.


Anspress-in məlumatına görə, Belçikanın Brüssel şəhərindən Antalyaya uçan təyyarədəki belçikalı sərnişinlərdən biri stüardessaya hücum edərək, təyyarəni havaya uçuracağını bildirib.


152 sərnişinin olduğu təyyarədə Belçikalı hücumçu oarada olan üç sərnişin tərəfindən zərərsizləşdirilib.


50 yaşlı belçikalı turistin zorakı hərəkətləri davam etdirməsi təyyarənin təcili olaraq Almaniyanın cənubundakı Münhen şəhərinə yönəlməsinə və oradakı hava limanına enməyə məcbur edib.


Hava limanına endikdən sonra sərnişinlərin və ekipaj üzvünün şikayətilə alman polisi tərəfindən saxlanılan hücumçu barədə istintaq işi başladılıb. 


Sərnişinlər və təyyarə personalı təxliyyə edilərək, axtarış aparılıb, lakin heç bir bomba və yaxud digər partladıcı vasitə tapılmayıb.


Bir gün hava limanında qalan 151 sərnişin və 6 nəfərlik ekipaj üzvü bazar ertəsi günü Antalyaya yola düşüb.