Xoşqədəm Hidayətqızı niyə vurulduğu barədə yalan uydurdu ?

27 May 2014 11:35 (UTC+04:00)

Suriyada olan zaman vurulduğu deyilən Xoşqədəm Hidayətqızı sağ-salamatdı. Mövqe.az xəbər verir ki, bu barədə aparıcının özü məlumat verib: " Sizin dualarınız qorudu məni. Salamatam, çox şükür".


Xatırladaq ki, dünən  Xoşqədəm Hidayətqızı Suriyada vurulması barədə məlumat yayılıb. Hadisənin Hələb şəhərində baş verildiyi deyilib. Hətta jurnalistin ayaqlarından yara aldığı da bildirilib. Ancaq böyük əksəriyyət bu xəbərə inanmayıb və X. Hidayətqızının bu xəbəri sadəcə son zamanlar haqqında gəzən xoşagəlməz xəbəri unutmaq üçün yaydığnı da bildiriblər. Deyilənlərə görə, Xoşqədəm Hidayətqızı qonşusunun torpağını məcburi olaraq əlindən alıb, evini sökdürüb. Və vurulması barədə xəbəri də həmin hadisəni unutmaq üçün yayıb".