Samsung saatlara SIM kart gəlir!

27 May 2014 13:02 (UTC+04:00)

"Wall Street Journal"da yayımlanan məlumata görə , Samsung maraq görən ağıllı saatı "Gear"ın yeni modellərinə SİM kart əlavə etməyi planlaşdırır .


Movqe.Az xəbər verir ki, qol saatının eyni zamanda kiçik bir telefon olaraq da istifadə edilə bilməsini istəyən Samsung , beləcə "Gear"ın , adi bir telefonun bacardığı hər şeyi etməsini təmin edəcək. Həmçinin ürək monitoru olaraq da çalışacaq yeni nəsil "Gear"ın , oxşar xüsusiyyətlərə sahib olacağı təxmin edilən "Apple"ın saatına rəqib olaraq hazırlandığı da təxmin edilir.